İraqın Baş naziri ölkəni tərk etmiş xristianları geri dönməyə çağırıb

İraqın Baş naziri ölkəni tərk etmiş xristianları geri dönməyə çağırıb İraqın Baş naziri Mustafa əl-Kazımi ölkəni tərk etmiş bütün xristian dininin nümayəndələrini qayıtmağa çağırıb.
Digər ölkələr
25 dekabr 2021 11:44
İraqın Baş naziri ölkəni tərk etmiş xristianları geri dönməyə çağırıb
Mustafa Al-Kazımi

İraqın Baş naziri Mustafa əl-Kazımi ölkəni tərk etmiş bütün xristian dininin nümayəndələrini qayıtmağa çağırıb.

“Report” TASS-a istinadən xəbər verir ki, o, bu barədə dekabrın 25-də Bağdadda Müqəddəs İosif Katedralında keçirilən milad tədbirindəki çıxışında bildirib.

“İraqı tərk etmiş bütün xristianları qayıtmağa və vətənin dirçəlməsində iştirak etməyə çağırıram. Bu şəraitdə hakimiyyətin vəzifəsi insanlara ümid verib ölkənin müstəqilliyini gücləndirməkdir”, - Mustafa əl-Kazımi deyib.

İnsan hüquqları üzrə Milli Komissiyanın 2020-ci ilin martında keçirdiyi əhalinin siyahıyaalınmasına əsasən, 2003-cü ildə İraqda 1,5 milyon xristian yaşayıb, hazırda İraqda 250 min xristian yaşayır.

Qeyd edək ki, İraq xristianlara məxsus dörd təriqətin kilsəsi fəaliyyət göstərir:

Xaldeylər - Xaldey katolik kilsəsi, assuriyalılar və ya Nestorian qrupu - Şərqi Assuriya Kilsəsi, Qərbi suriyalı və ya Yakobit qrupu (Suriyalı Pravoslav Kilsəsi, Şərqi Pravoslav qrupu - Antakya və Bütün Şərqin Şərq Pravoslav Patriarxlığının tabeliyindəki kilsə.

Son xəbərlər

Orphus sistemi