İraqda "TikTok" qadağan edilə bilər

İraqda "TikTok" qadağan edilə bilər İraqda yaxın gələcəkdə Çinin "TikTok" proqramı qadağan edilə bilər.
Digər ölkələr
8 Dekabr , 2021 02:31
İraqda TikTok qadağan edilə bilər

İraqda yaxın gələcəkdə Çinin "TikTok" proqramı qadağan edilə bilər.

"Report" xəbər verir ki, bu barədə "Mawazin news" xəbər portalı məlumat yayıb.

Sosial şəbəkənin bloklanması hazırda İraqın Media və Kommunikasiya Komissiyası tərəfindən müzakirə edilir.

"TikTok"un İraq ictimaiyyətinin zövqünə uyğun gəlmədiyi və müəyyən yaş qrupları üçün uyğun olmayan ədəbsiz məlumatlar yayması iddia olunur.

İraq istifadəçilərinin proqrama girişinin nə vaxt bloklanacağı məlum deyil.

Əvvəllər ölkə hakimiyyəti dəfələrlə müxtəlif sosial şəbəkələri, eləcə də internetə çıxışı bloklayıb.

Son xəbərlər

Orphus sistemi