İraqda partlayış olub, ölənlər və xəsarət alanlar var

İraqda partlayış olub, ölənlər və xəsarət alanlar var İraqın paytaxtı Bağdadın şimalında baş vermiş partlayış zamanı “Al-Haşd aş-Şaabi" şiə qoşununun azı dörd döyüşçüsü həlak olub, daha səkkiz silahlı müxtəlif xəsarətlər alıb.
Digər ölkələr
21 Avqust , 2021 05:56
İraqda partlayış olub, ölənlər və xəsarət alanlar var

İraqın paytaxtı Bağdadın şimalında baş vermiş partlayış zamanı “Al-Haşd aş-Şaabi" şiə qoşununun azı dörd döyüşçüsü həlak olub, daha səkkiz silahlı müxtəlif xəsarətlər alıb.

Bu barədə “Report” yerli “Al-Sumaria” telekanalına istinadən xəbər verir.

Telekanalın məlumatına görə, döyüşçülərin olduğu avtomobil Bağdaddan şimaldakı Tarmiya rayonunda hərəkət edərkən terrorçuların basdırdıqları partlayıcı qurğunun üstündən keçib. Nəticədə partlayış baş verib.

İraq təhlükəsizlik xidmətlərindəki mənbələr telekanala bildirib ki, hadisənin baş verdiyi ərazidə İŞİD terror qruplaşmasının özək təşkilatına qarşı xüsusi əməliyyat keçirilir. Terrorçuların hücumda iştirakı ehtimal edilir.

Son xəbərlər

Orphus sistemi