İraqda İsraillə münasibətlərin normallaşdırılmasını istəmək cinayət hesab olunacaq

İraqda İsraillə münasibətlərin normallaşdırılmasını istəmək cinayət hesab olunacaq İraq Prezidenti Bərham Saleh İsraillə münasibətlərin normallaşdırılmasını qadağan edən qanunu ratifikasiya edib.
Digər ölkələr
28 İyun , 2022 23:32
İraqda İsraillə münasibətlərin normallaşdırılmasını istəmək cinayət hesab olunacaq

İraq Prezidenti Bərham Saleh İsraillə münasibətlərin normallaşdırılmasını qadağan edən qanunu ratifikasiya edib.

“Report” xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

İraq prezidenti parlament tərəfindən İsraillə münasibətlərin normallaşdırılmasını cinayət hesab edən qanunu qəbul edib. Prezidentin nümayəndələri onun mövqeyini təsdiqləyiblər.

Bir ay əvvəl İraqın Nümayəndələr Şurası (parlamenti) İsraillə münasibətlərin normallaşdırılmasını qadağan edən qanun qəbul edib. Deputatlar yekdilliklə İsraillə münasibətlərin normallaşmasına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinə səs veriblər. Üstəlik, bir müddət əvvəl İraq parlamentariləri Ərəb Dövlətləri Liqasına müraciət edərək, rəsmi sənədlərdə İsrail adının işlədilməsindən çəkinməyi tövsiyyə ediblər.

Son xəbərlər

Orphus sistemi