İraqda İŞİD-in hücumu zamanı 7 polis əməkdaşı həlak olub, yaralılar var

İraqda İŞİD-in hücumu zamanı 7 polis əməkdaşı həlak olub, yaralılar var İraqda İŞİD terrorçularının hücumu nəticəsində ölkənin azı 7 polis əməkdaşı həlak olub.
Digər ölkələr
5 Sentyabr , 2021 02:31
İraqda İŞİD-in hücumu zamanı 7 polis əməkdaşı həlak olub, yaralılar var

İraqda İŞİD terrorçularının hücumu nəticəsində azı 7 polis əməkdaşı həlak olub.

“Report” xəbər verir ki, bu barədə “SHAFAQ News” portalı məlumat yayıb.

Məlumata görə, ekstremistlər Bağdaddan şimalda, Kərkük əyalətinin kəndlərindən birində hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum ediblər. Hücum zamanı həmçinin daha bir neçə polis əməkdaşı xəsarət alıb. Lakin onların dəqiq sayı açıqlanmır.

Hüquq-mühafizə orqanlarının nümayəndəsinin sözlərinə görə, terrorçularla atışma davam edir. Əraziyə əlavə hökumət qüvvələri göndərmək hələ mümkün deyil, çünki ərazi minalanıb.

Xatırladaq ki, İŞİD 2014-cü ildə ölkə ərazisinin üçdə ikisini ələ keçirmişdi.

Son xəbərlər

Orphus sistemi