İraqda havanın temperaturu 50 dərəcə olacaq, dövlət müəssisələri bağlanacaq

İraqda havanın temperaturu 50 dərəcə olacaq, dövlət müəssisələri bağlanacaq İraqda havanın temperaturunun 50 dərəcə proqnozlaşdırılması ilə əlaqədar hakimiyyət 7 əyalətdə dövlət müəssisələrində işi dayandırılacaq.
Digər ölkələr
3 Avqust , 2022 17:14
İraqda havanın temperaturu 50 dərəcə olacaq, dövlət müəssisələri bağlanacaq

İraqda havanın temperaturunun 50 dərəcə proqnozlaşdırılması ilə əlaqədar hakimiyyət 7 əyalətdə dövlət müəssisələrində işi dayandıracaq.

“Report” xəbər verir ki, məlumatı İraq İnformasiya Agentliyi (INA) yayıb.

Bildirilib ki, İraqın cənubunda yerləşən Basti, Babil, Diyala, Nəcəf, Divaniya və Mutanna əyalətlərində avqustun 4-də əsas dövlət müəssisələri bağlanacaq.

Bu rejim tibb müəssisələrinə, təhlükəsizlik və kommunal xidmətlərə aid edilmir.

Qeyd edək ki, sinoptiklər İraqın cənub əyalətlərində havanın temperaturunun 50 dərəcə olacağını proqnozlaşdırıblar.

Son xəbərlər

Orphus sistemi