İraq parlamentinə erkən seçkilər gələn il keçiriləcək

İraq parlamentinə erkən seçkilər gələn il keçiriləcək İraq Nümayəndələr Məclisinə erkən seçkilər 2021-ci il iyunun 6-na təyin edilib.
Digər ölkələr
1 Avqust , 2020 03:07
İraq parlamentinə erkən seçkilər gələn il keçiriləcək

İraq Nümayəndələr Məclisinə erkən seçkilər 2021-ci il iyunun 6-na təyin edilib.

“Report” xəbər verir ki, bunu baş nazir Mustafa Əl-Kazimi açıqlayıb.

Onun sözlərinə görə, seçkilərin uğurlu və şəffaf keçirilməsi üçün lazımi addımlar atılacaq.

Xatırladaq ki, erkən seçkilərin keçirilməsi 2019-cu ilin oktyabr ayından bəri ölkədə etiraz edənlərin əsas tələblərindən biri idi və hakimiyyət bunu yerinə yetirəcəyinə söz vermişdi.

Qeyd edək ki, İraqda son parlament seçkiləri 2018-ci ilin may ayında baş tutub. Növbəti seçkilər isə 2022-ci ilin mayında keçirilməli idi.

Son xəbərlər

Orphus sistemi