Yuxarı

İranın ali liderinin cangüdəni təlim atışları zamanı həlak olub

Hadisə silahdakı texniki nasazlıq səbəbindən baş verib

Bakı. 30 Aprel. REPORT.AZ/ İranın ali lideri Əli Xamneyinin cangüdənlərindən biri, İran İnqilabı Keşikçiləri Korpusunun podpolkovniki Həsən Əkbəri təlim atışları zamanı həlak olub.

“Report” IRNA-ya istinadən xəbər verir ki, onun ölümünə “silahdakı texniki nasazlıq” səbəb olub.

Hazırda insidentlə bağlı yoxlama aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi