İran vurduqları Ukrayna təyyarəsi ilə bağlı danışıqlar aparmayacaq

İran vurduqları Ukrayna təyyarəsi ilə bağlı danışıqlar aparmayacaq İran hökuməti bu ilin yanvar ayında Tehran yaxınlığında vurulmuş Ukrayna sərnişin təyyarəsilə bağlı təzminat barədə danışıqlar aparmaq haqqında Ukrayna tərəfinin təklifini qəbul etməyib.
Digər ölkələr
402
8 İyul , 2020 16:53
İran vurduqları Ukrayna təyyarəsi ilə bağlı danışıqlar aparmayacaq

İran hökuməti bu ilin yanvar ayında Tehran yaxınlığında vurulmuş Ukrayna sərnişin təyyarəsilə bağlı təzminat barədə danışıqlar aparmaq haqqında Ukrayna tərəfinin təklifini qəbul etməyib.

“Report” BBC-nin Ukrayna xidmətinə istinadən xəbər verir ki, bu barədə həmin ölkənin xarici işlər nazirinin müavini Yevhen Yenin bildirib:

“Tehrandan aldığımız məlumata görə, İran tərəfi danışıqlar aparmaqla bağlı Kiyevin təkliflərini qəbul etməyə hazır deyil”.

Ukrayna rəsmisi hələlik məsələni BMT-nin beynəlxalq məhkəməsinə çıxarmağı düşünmədiklərini, hər şeyin İran tərəfinin iradəsindən asılı olduğunu dilə gətirib.

Xatırladaq ki, bu ilin 8 yanvar tarixində “Ukrayna Beynəlxalq Hava Yolları” şirkətinə məxsus “Boeing 737” tipli sərnişin təyyarəsi Tehranın İmam Xomeyni Beynəlxalq Hava Limanından qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Bir qədər sonra İran hökuməti təyyarənin İslam İnqilabı Keçikçiləri Korpusu tərəfindən səhvən vurulduğunu açıqlayıb.