İnstaqramda problem yaranıb

İnstaqramda problem yaranıb ABŞ-da və bir sıra başqa ölkələrdə instaqram sosial şəbəkəsinin işində problemlər müşahidə olunur
Digər ölkələr
135
24 Mart , 2021 22:47
İnstaqramda problem yaranıb

ABŞ-da və bir sıra başqa ölkələrdə instaqram sosial şəbəkəsinin işində problemlər müşahidə olunur.

“Report” xəbər verir ki, bu barədə məşhur internet-resursların işini izləyən “Downdetector” xidmətinin saytı məlumat yayıb.

Nasazlıqdan şikayət edən Amerika istifadəçilərinin 62%-i xəbər lentinə daxil olmaq problemlərindən şikayət ediblər. Sosial şəbəkə istifadəçilərinin 24%-i instaqrama daxil ola bilməyiblər.

Nasazlıqlardan həmçinin Böyük Britaniya, Kanada, Niderland və Almaniyadan olan sosial şəbəkə istifadəçiləri şikayət edirlər. Lakin bu ölkələrdən şikayətlər bir qədər azdır.

Son xəbərlər

Orphus sistemi