"Instagram" sosial şəbəkəsində problemlər yaranıb

"Instagram" sosial şəbəkəsində problemlər yaranıb Bakı. 26 yanvar. REPORT.AZ/ Instagramın mövcud olduğu bütün ölkələrdə bu sosial şəbəkənin işində fasilələr yaranıb.
Digər ölkələr
26 Yanvar , 2018 00:42
Instagram sosial şəbəkəsində problemlər yaranıb

Bakı. 26 yanvar. REPORT.AZ/ "Instagram"ın mövcud olduğu bütün ölkələrdə bu sosial şəbəkənin işində fasilələr yaranıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə məşhur internet resurslarının iş fəaliyyətinə nəzər salan "Downdetector" servisinin rəsmi saytında məlumat yayılıb.

Problemlərin Bakı vaxtı ilə saat 22:13-dən yarandığı bildirilir.

“Downdetector”-un məlumatına görə, fasilələr İtaliya, İspaniya, Fransa, Hollandiya, Almaniya, Polşa, Ukrayna, Böyük Britaniya, ABŞ və Braziliyada yaranıb. Bu ölkələrdə istifadəçilər sosial şəbəkəyə daxil ola və şəxsi lentlərinə nəzər sala bilməyiblər. 

Son xəbərlər

Orphus sistemi