"Instagram"ın işində nasazlıq yaranıb

"Instagram"ın işində nasazlıq yaranıb Dünyanın bir sıra ölkələrində Instagram sosial şəbəkəsinin işində nasazlıq müşahidə olunur.
Digər ölkələr
22 Mart , 2019 06:09
Instagramın işində nasazlıq yaranıb

Dünyanın bir sıra ölkələrində "Instagram" sosial şəbəkəsinin işində nasazlıq müşahidə olunur.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə internet resursların işini izləyən məşhur "Downdetector" xidməti bildirib.

"Instagramın işində problemlər ABŞ-ın Şərq sahili vaxtı üzrə saat 18:01-dən müşahidə olunur", - deyə xəbərdə qeyd edilir.

Nasazlıqlardan ən çox ABŞ, Almaniya, Portuqaliya, Peru, Braziliya Avstraliya istifadəçiləri şikayət ediblər.

Xidmətin məlumatına görə, istifadəçilərin çox hissəsi (təxminən 54%-i) xəbər lentinə baxışdan, təxminən 28%-i proqrama daxil ola bilməmələrindən şikayətləniblər.

Qeyd edək ki, bu, martda sosial şəbəkədə yaranan növbəti problemdir. Martın 5-də də bir sıra ölkələrdə "Instagram" sosial şəbəkəsinin işində problem müşahidə olunub. 

Son xəbərlər

Orphus sistemi