İngiltərənin Liverpul şəhərində xəstəxana yaxınlığında avtomobilin partlaması nəticəsində ən azı bir nəfər ölüb, daha bir nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə
"İlkin olaraq, söhbət bir qədər əvvəl xəstəxananın yaxınlığında dayanan taksidəki partlayışdan gedir", - telekanal hüquq-mühafizə orqanlarının bəyanatından sitat gətirib.
“Sky News”un məlumatına görə, partlayış bazar günü səhər saatlarında baş verib. Yaralı xəstəxanaya yerləşdirilib, onun həyatı üçün təhlükə yoxdur.
Hadisənin araşdırılmasına terrorla mübarizə üzrə mütəxəssislər də qoşulub.