İndoneziyada itkin düşən sualtı qayıq Bali dənizinin dibində tapılıb

İndoneziyada itkin düşən sualtı qayıq Bali dənizinin dibində tapılıb Yaxın zamanda mümkün sağ qalan ekipaj üzvlərinin təxliyyəsi planlaşdırılır
Digər ölkələr
24 Aprel , 2021 13:51
İndoneziyada itkin düşən sualtı qayıq Bali dənizinin dibində tapılıb

İndoneziyalı axtarış aparanlar dəniz dibinin skan edilməsi zamanı Bali dənizində təxminən 850 m dərinlikdə itkin düşmüş “Nangala” sualtı qayığını aşkar ediblər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Reuters” İndoneziya Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanlığına istinadən məlumat yayıb.

Məlumata görə, yaxın zamanda mümkün sağ qalan ekipaj üzvlərinin təxliyyəsi planlaşdırılır.

Daha əvvəl İndoneziya HDQ aprelin 21-də rabitə əlaqəsi kəsilmiş sualtı qayığın axtarışlarını başlatmışdı.

Son xəbərlər

Orphus sistemi