İndoneziyada zəlzələdən ölənlərin sayı 42 nəfərə çatıb

İndoneziyada zəlzələdən ölənlərin sayı 42 nəfərə çatıb İndoneziyanın Sulavesi adasında baş verən zəlzələ nəticəsində ölənlərin sayı artmaqda davam edir.
Digər ölkələr
15 Yanvar , 2021 22:33
İndoneziyada zəlzələdən ölənlərin sayı 42 nəfərə çatıb

İndoneziyanın Sulavesi adasında baş verən zəlzələ nəticəsində ölənlərin sayı artıb.

“Report” xəbər verir ki, məlumatı yerli “CNA” televiziya kanalı yayıb.

Son məlumata görə, təbii fəlakət nəticəsində ölənlərin sayı 42 nəfərə yüksəlib.

Bildirilib ki, 34 nəfər Mamucu şəhərində, 8 nəfər isə şəhərin cənub rayonunda ölüb. Dağıntılar altında qalan insanların axtarışı davam edir.

Qeyd edək ki, İndoneziyada 6,2 bal gücündə zəlzələ baş verib. Sulavesi adasında qeydə alınan güclü yeraltı təkanlar zamanı yüzlərlə insan xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi