İndoneziyada vulkan püskürməsindən ölənlərin sayı 22-yə çatıb

İndoneziyada vulkan püskürməsindən ölənlərin sayı 22-yə çatıb İndoneziyanın Yava adaasındakı Semeru vulkanının srağagünkü püskürməsi nəticəsində ölənlərin sayı 15-ə çatıb.
Digər ölkələr
121
6 Dekabr , 2021 17:28
İndoneziyada vulkan püskürməsindən ölənlərin sayı 22-yə çatıb

Dekabrın 4-də İndoneziyanın Yava adasındakı Semeru vulkanının püskürməsi nəticəsində ölənlərin sayı 22-yə çatıb, daha 20 nəfər itkin düşüb.

“Report” TASS-a istinadən xəbər verir ki, aşkar edilmiş cəsədlərdən 5-nin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. 

Yava adasının ən hündür zirvəsi (3676 m) və ölkənin 130 ən aktiv vulkanından olan Semeru vulkanın püskürməsi zamanı daha əvvəl 27 nəfərin itkin düşdüyü, 50-dən çox insanın xəsarət aldığı bildirilirdi.

13:15

İndoneziyanın Yava adasındakı Semeru vulkanının dekabrın 4-də püskürməsi nəticəsində ölənlərin sayı 15-ə çatıb.

“Report” Milli Fəlakətlərlə Mübarizə Agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində həmçinin 27 nəfər itkin düşüb. Şərqi Yava əyalətində axtarış xilasetmə çalışmaları davam edir.

Yava adasının ən hündür zirvəsi (3676 m) və ölkənin 130 ən aktiv vulkanından olan Semeru vulkanın püskürməsi zamanı daha əvvəl 14 nəfərin öldüyü, 56 nəfərin də xəsarət aldığı bildirilmişdi.

Son xəbərlər

Orphus sistemi