İndoneziyada COVID-19 ilə bağlı rekord qeydə alındı

İndoneziyada COVID-19 ilə bağlı rekord qeydə alındı Epidemiyanın başlamasından bəri ilk dəfə gündəlik artım 2 mindən çox olub
Digər ölkələr
9 İyul , 2020 15:27
İndoneziyada COVID-19 ilə bağlı rekord qeydə alındı

İndoneziyada son sutka ərzində 2 657 yeni koronavirusa yoluxma halı qeydə alınıb və bununla da epidemiyanın başlamasından bəri ilk dəfə gündəlik artım 2 mindən çox olub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, ölkədə COVID-19 xəstələrinin ümumi sayı 70 736 nəfərə çatıb. 32 mindən çox insan virusdan sağalıbsa, 3 417 nəfər (son gündə 58 nəfər) ondan ölüb.

Son xəbərlər

Orphus sistemi