Bakı. 15 May. REPORT.AZ/ Yeni Qvineya adasının İndoneziyaya düşən qərb hissəsində 5,6 bal gücündə zəlzələ baş verib.
“Report” xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidmətinin məlumatında bildirilir.
Məlumata görə, yeraltı təkanların episentri Benkulu əyalətindən 343 km cənubda və Cakartadan 564 km qərbdə olub.
Zəlzələnin ocağı yerin 10 km dərinliyində qeydə alınıb.
Dağıntı və tələfat barədə məlumat yoxdur.