İndoneziyada 6,2 bal gücündə zəlzələ olub

İndoneziyada 6,2 bal gücündə zəlzələ olub Yeraltı təkanlar Sorong, Kairatu, Manokvari və Ambon kimi şəhərlərdə də hiss edilib
Digər ölkələr
294
8 Sentyabr , 2020 12:01
İndoneziyada 6,2 bal gücündə zəlzələ olub

İndoneziyanın Maluku əyalətində 6,2 bal gücündə zəlzələ olub.

“Report” “CNNTurk”ə istinadən xəbər verir ki, məlumatı ölkənin Meteoroloji İqlim və Geofizika Qurumu yayıb.

Zəlzələ Maluku əyalətindən 198 km cənub-şərqdə dəniz sahillərində, 193 km dərinlikdə qeydə alınıb.

Yeraltı təkanlar Sorong, Kairatu, Manokvari və Ambon kimi şəhərlərdə də hiss edilib.

İlkin məlumata əsasən, zəlzələ nəticəsində itki, dağıntı qeydə alınmayıb.

Xatırladaq ki, 2019-cu il sentyabrın 26-da Maluku əyalətində baş vermiş 6,8 bal gücündə yeraltı təkanlar nəticəsində 39 nəfər ölmüşdü.

Son xəbərlər

Orphus sistemi