İndoneziya və Şərqi Timorda ölənlərin sayı 157-yə çatıb

İndoneziya və Şərqi Timorda ölənlərin sayı 157-yə çatıb Fəlakət ümumilikdə təxminən 30 min insana təsir edib
Digər ölkələr
6 Aprel , 2021 08:42
İndoneziya və Şərqi Timorda ölənlərin sayı 157-yə çatıb

İndoneziya və Şərqi Timorda daşqınlar və torpaq sürüşmələri 157 nəfərin ölümünə səbəb olub.

“Report” xəbər verir ki, bu barədə “Agence France-Presse” iki ölkənin səlahiyyətlilərinə istinadən məlumat yayıb.

İndoneziyanın Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Agentliyinin məlumatına görə, ölkənin adalarında ölənlərin sayı 130-a çatıb.

Şərqi Timorda isə təbii fəlakət 27 nəfəri öldürüb. Fəlakət ümumilikdə təxminən 30 min insana təsir edib.

Son xəbərlər

Orphus sistemi