İndoneziya və Şərqi Timorda daşqınlar nəticəsində ölənlərin sayı 113-ə çatıb

İndoneziya və Şərqi Timorda daşqınlar nəticəsində ölənlərin sayı 113-ə çatıb 7 min insan evlərini tərk etmək məcburiyyətində qalıb
Digər ölkələr
5 Aprel , 2021 21:01
İndoneziya və Şərqi Timorda daşqınlar nəticəsində ölənlərin sayı 113-ə çatıb

İndoneziya və Şərqi Timorda daşqınlar və torpaq sürüşmələri azı 113 nəfərin ölümünə səbəb olub.

“Report” xəbər verir ki, bu barədə “Reuters” iki ölkənin səlahiyyətlilərinə istinadən məlumat yayıb.

İndoneziyanın Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Agentliyinin məlumatına görə, ölkənin cənub hissəsində ölənlərin sayı 86-ya çatıb, 71 nəfər itkin düşüb. Fəlakət ümumilikdə təxminən 30 min insana təsir etdi, onların bəziləri evakuasiya mərkəzlərindədir.

Xilasetmə əməliyyatları beş körpünün çökməsi və kökündən çıxan ağacların yolları bağlaması ilə çətinləşir.

Timor adasını İndoneziya ilə bölüşən Şərqi Timor hökumətinin məlumatına görə isə, bu ölkədə 27 nəfər ölüb, təxminən 7 min insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Son xəbərlər

Orphus sistemi