İndoneziya Prezidenti Coko Vidodo bu həftə Almaniya, Rusiya və Ukraynaya səfər edəcək.
“Report” xəbər verir ki, məlumatı “Jakarta Post” yayıb.
Dövlət başçısı BMT missiyası adından Rusiya Prezidenti Vladimir Putini dünyanın ehtiyacı olan buğdanın Ukraynadan ixrac edilməsinə icazə verməyə çağıracaq.
Qeyd edək ki, bu il noyabrın 15-16-da İndoneziyanın Bali adasında “G-20”liyin Zirvə toplantısı keçiriləcək. Ukrayna Prezidenti Volodimir Zelenski də sammitə dəvət olunub.
Rusiya da “G20"nin üzvüdür. C.Vidodo Vladimir Putinin sammitə dəvət edilməməsinə dair təklifdən imtina edərək, onu da toplantıya çağırıb.
Rusiya və Ukrayna liderlərinin “G-20”liyin sammiti çərçivəsində görüşəcəyi istisna deyil.