II Yelizaveta koronavirus əIeyhinə peyvənd edilib

II Yelizaveta koronavirus əIeyhinə peyvənd edilib Böyük Britaniya kraliçası II Yelizaveta və həyat yoldaşı, Edinburq hersoqu Filip COVID-19 əleyhinə peyvənd olunublar.
Digər ölkələr
9 Yanvar , 2021 20:00
II Yelizaveta koronavirus əIeyhinə peyvənd edilib
II Yelizaveta və Edinburq hersoqu Filip

Böyük Britaniya kraliçası II Yelizaveta və həyat yoldaşı, Edinburq hersoqu Filip COVID-19 əleyhinə peyvənd olunublar.

“Report” xəbər verir ki, bu barədə Bukinhem sarayında bildirilib.

"Kraliça və Edinburq hersoqu bu gün COVID-19-dan peyvənd ediliblər", - bəyanatda deyilir.

Peyvənd olunma Vindzor qəsrində keçirilib.

Britaniyada koronavirus əleyhinə vaksinləmə dekabrda başlayıb. Peyvəndlər hələ ki yalnız risk qrupu kateqoriyalarından olan insanlar üçün əlçatandır. Vaksinləri ilk növbədə pasiyentlər, qocalar evlərinin sakinləri, yaşı 80-dən çox olanlar və həkimlər alırlar. Hazırda kraliçanın 94, şahzadə Filipin 99 yaşı var. Onlar yaşı 85-dən çox olan risk qrupuna daxil insanlardır.

Son xəbərlər

Orphus sistemi