II Elizabet şahzadə Harrinin qərarından narazıdır

II Elizabet şahzadə Harrinin qərarından narazıdır Böyük Britaniya kraliçası II Elizabet nəvəsi şahzadə Harri və həyat yoldaşı Meqan Marklın kral ailəsinin yüksək vəzifəli üzvləri olmaqdan imtina etmələrini öyrəndikdən sonra çox məyus olub.
Digər ölkələr
104
9 Yanvar , 2020 14:34
II Elizabet şahzadə Harrinin qərarından narazıdır

Böyük Britaniya kraliçası II Elizabet nəvəsi şahzadə Harri və həyat yoldaşı Meqan Marklın kral ailəsinin yüksək vəzifəli üzvləri olmaqdan imtina etmələrini öyrəndikdən sonra çox məyus olub.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Bukingem sarayındakı mənbələr məlumat verib.

İnsayderlərin məlumatına görə, hersoq və hersoqinya sosial şəbəkədə iki ölkədə - İngiltərə və ABŞ-da yaşamağa qərar verdiklərini və maddi cəhətdən müstəqil olmağa çalışdıqlarını bildirmədən əvvəl ailə ilə məsləhətləşməyib.

“Times” yazır ki, şahzadə Harri və həyat yoldaşının iki ölkədə yaşamaq qərarı monarx ailəsində görünməmiş hadisədir, çünki ailə üzvlərinin rəsmi və xeyriyyə tədbirlərində iştirak etmələri tələb olunur.

Son xəbərlər

Orphus sistemi