ICAO uçuşlar üçün təhlükəli olan münaqişə zonaları haqqında məlumat bazasını işə salıb

ICAO uçuşlar üçün təhlükəli olan münaqişə zonaları haqqında məlumat bazasını işə salıb Məlumat bazasını ICAO Şurası ilə razılaşdırılmış prosedurlar əsasında yalnız dövlətlərin səlahiyyətli rəsmi şəxsləri doldura bilər
Digər ölkələr
14 Aprel , 2015 11:14
ICAO uçuşlar üçün təhlükəli olan münaqişə zonaları  haqqında məlumat bazasını işə salıb

Bakı. 14 aprel. REPORT.AZ/ Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) münaqişə zonalarında uçuşların təhlükəli olması haqqında məlumatların qiymətləndirilməsi və mübadiləsi üzrə onlayn sistemini işə salıb. Bu barədə "Report" BMT xəbərlər mərkəzinə istinadən məlumat verir. 

Bu məlumat bazasının hazırlanması ilə bağlı tövsiyələr fevral ayında Monrealda ICAO himayəsi altında keçirilən mülki aviasiya üzrə yüksək səviyyəli konfransda qəbul edilib. 

ICAO Şurasının prezidenti Olumuiva Benard Aliu sistemi təqdim edərək, bildirib ki, hər bir ölkə tərəfindən təqdim olunan məlumatlardan digər dövlətlər və aviaşirkətlər də istifadə edə biləcəklər. O, münaqişə zonasında risklərlə bağlı bu cür informasiya mübadiləsinin dünyada uçuşların daha təhlükəsiz olmasına səbəb olacağına ümid etdiyini bildirib. 

Onun sözlərinə görə, məlumat bazasını ICAO Şurası ilə razılaşdırılmış prosedurlar əsasında yalnız dövlətlərin səlahiyyətli rəsmi şəxsləri doldura bilər.

Qeyd edək ki, sistem hələlik boşdur. 

Onlayn sistemin yaradılmasına səbəb 2014-cü ildə Donetsk üzərində Malayziya Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması olub. Bu insident, eləcə də 2014-cü ilin martında həmin aviaşirkətə məxsus təyyarənin yoxa çıxması Monrealda keçirilən konfransın əsas müzakirə mövzusu olub. Konfransda, həmçinin təyyarə uçuşlarının izlənməsinin yeni standartlarının qəbul edilməsi tövsiyə olunub, buna müvafiq olaraq, pilotlar hər 15 dəqiqədən bir təyyarənin koordinatları haqqında məlumat verməlidirlər. 

Son xəbərlər

Orphus sistemi