Yuxarı
    Bağlamaq

    İzmirdə FETÖ ilə əlaqələrinin olduğu iddia edilən 11 vəkil həbs edilib

    Haqqında həbs qərarı olan 14 vəkil isə axtarışdadır

    Bakı. 21 iyul. REPORT.AZ/ İzmirdə Fetullahçı Terror Təşkilatının (FETÖ) hərbi çevrilişə cəhd etməsi təşəbbüsü ilə bağlı polisin keçirdiyi əməliyyatlarda 11 vəkil həbs edilib.

    “Report”un Türkiyə KİV-inə istinadən verdiyi xəbərə görə, 25 ünvanda baş tutan axtarış zamanı tutulan vəkillərin FETÖ ilə əlaqələrinin olduğu iddia edilir.

    Məlumatda o da qeyd olunub ki, axtarış tədbirləri zamanı evlərdən və ya iş yerlərindən təşkilata aid sənəd və müxtəlif proqramlar ələ keçirilib.

    Əməliyyatda 11 vəkil həbs edilib, haqqında həbs qərarı olan 14 vəkil isə axtarışdadır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi