Monteneqro iyunun əvvəlində rəsmi olaraq NATO-ya daxil olacaq

Monteneqro iyunun əvvəlində rəsmi olaraq NATO-ya daxil olacaq Sənəd Alyansa daxil olan 28 üzv-ölkələr tərəfindən ratifikasiya edildikdən sonra Monteneqro NATO-nun tamhüquqlu üzvü olacaq
Digər ölkələr
24 May , 2017 13:51
Monteneqro iyunun əvvəlində rəsmi olaraq NATO-ya daxil olacaq

Bakı. 24 may. REPORT.AZ/ Monteneqro bu il iyunun əvvəlində rəsmi olaraq NATO-ya daxil olacaq.

"Report"un verdiyi xəbərə görə, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

2016-cı il mayın 19-da NATO-ya üzv ölkələr arasında Monteneqronun Alyansın tərkibinə daxil edilməsi haqqında protokol imzalanıb. Bununla da ölkəyə qurumun iclaslarında müşahidəçi qismində istirak etmək statusu verilib.

Sənəd Alyansa daxil olan 28 üzv-ölkələr tərəfindən ratifikasiya edildikdən sonra Monteneqro NATO-nun tamhüquqlu üzvü olacaq.  

Son xəbərlər

Orphus sistemi