Yuxarı
    Bağlamaq

    Suriyada iyul ayında 1 557 mülki vətəndaş həlak olub

    Onların arasında uşaqlar və qadınlar da var

    Bakı. 1 avqust. REPORT.AZ/ Suriyada bu ilin iyul ayında silahlı münaqişə nəticəsində 1 557 mülki vətəndaş həlak olub.  

    "Report" "Anadolu"ya istinadən xəbər verir ki, onlardan 253 nəfəri uşaq, 197 nəfəri qadın olmaqla 769 mülki vətəndaş Bəşşar Əsəd rejiminə bağlı qüvvələrin hücumu zamanı dünyalarını dəyişiblər. 

    Bundan başqa, 105 nəfəri uşaq, 66-sı qadın olmaqla 239 mülki vətəndaş Rusiya, 11-i uşaq, 5-i qadın olmaqla 40 mülki vətəndaş PKK-nın Suriyadakı qanadı PYD, 33-ü uşaq, 14-ü qadın olmaqla 156 mülki vətəndaş isə İŞİD-in həyata keçirdiyi hücumlar zamanı ölüblər. 

    Eyni zamanda, 15 nəfəri uşaq, 13-ü qadın olmaqla 67 mülki vətəndaş silahlı müxalif qruplar, 78-i uşaq, 39-u qadın olmaqla 189 mülki vətəndaş da beynəlxalq koalisiyanın hücumları zamanı həlak olublar. 

    Məlumatda həmçinin 36 nəfəri uşaq, 21-i qadın olmaqla 97 mülki vətəndaşın müxtəlif bombalı hucumlarda və qazdan boğularaq öldüyü qeyd edilsə də, hücumun təşkilatçıları məlum deyil. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi