Yuxarı
    Bağlamaq

    24 il əvvəl keçmiş Yuqoslaviyada cinayətlər törətmiş şəxs Braziliyada həbs olunub

    Nikola Çeraniç 1992-ci ildən axtarışda imiş

    Bakı. 31 iyul. REPORT.AZ/ Braziliyanın hüquq-mühafizə orqanları keçmiş Yuqoslaviyada bir sıra hərbi cinayətlər törətməkdə şübhəli bilinən şəxsi həbs ediblər. "Report" "Reyter" agentliyinə istinadən xəbər verir ki, o, 1992-ci ildən axtarışda imiş.

    Braziliyanın Federal Prokurorluğunun yaydığı məlumata görə, Nikola Çeraniç ölkənin cənubundakı İndayatuba şəhərində həbs olunub. Braziliyanın Ədliyyə Nazirliyi iyunun 24-də Bosniya və Herseqovinadan Çeraniçanın ekstradisiyası ilə bağlı müraciət sənədi alıb. Bundan sonra ölkədə onun axtarışlarına başlanılıb.

    Çeraniç mülki əhaliyə qarşı hərbi cinayətlər törətməkdə ittiham olunur. Onun Braziliyaya nə vaxt gəldiyi məlum deyil.

    Yerli qanunvericiliyə görə, Nikola Çeraniçin ekstradisiyası barədə ölkənin Ali Məhkəməsi qərar çıxarmalıdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi