İvitsa Daçiç: Belqrad Avropanın diplomatik paytaxtına çevriləcək

İvitsa Daçiç: Belqrad Avropanın diplomatik paytaxtına çevriləcək "Serbiya ATƏT-ə sədrliyi müddətində münaqişələrin həlli istiqamətində obyektiv dəstəyini göstərib”
Digər ölkələr
27 Noyabr , 2015 08:33
İvitsa Daçiç: Belqrad Avropanın diplomatik paytaxtına çevriləcək

Bakı. 27 noyabr. REPORT.AZ/ Dekabrın 3-4-də Belqrad şəhərində ATƏT-in Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) görüşünə ev sahibliyi edəcək Belqrad Avropanın diplomatik paytaxtına çevriləcək. Bu fikirləri ATƏT-in fəaliyyətdə olan sədri, Serbiya Baş nazirinin müavini və xarici işlər naziri İvitsa Daçiç tədbirdən əvvəl keçirdiyi brifinqdə səsləndirib.

İ.Daçiç sözünə davam edərək deyib: “ATƏT fəaliyyəti dövründə bir çox problemlərlə üzləşib və xeyli sayda çağırışlara cavab verməli olub. Serbiya quruma sədrliyi müddətində münaqişələrin həlli istiqamətində obyektiv dəstəyini göstərib və müsbət nəticələr əldə edib”.

Qırxdan çox ölkənin xarici işlər nazirlərinin qatılacağı tədbiri işıqlandırmaq üçün 115 media qurumunun 500-ə yaxın müxbiri artıq akkreditasiyadan keçib. Tədbir çərçivəsində bir sıra önəmli qətnamələrin qəbulu nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi