Braziliyanın baş prokuroru ölkə prezidentini korrupsiyada ittiham edib

Braziliyanın baş prokuroru ölkə prezidentini korrupsiyada ittiham edib Bakı. 20 dekabr. REPORT.AZ/ Braziliyanın baş prokuroru Rakel Dodj ölkənin hazırkı prezidenti Mişel Temerə qarşı korrupsiya və çirkli pulların yuyulması ittihamlarını irəli sürüb.
Digər ölkələr
1443
20 Dekabr , 2018 06:55
Braziliyanın baş prokuroru ölkə prezidentini korrupsiyada ittiham edib

Bakı. 20 dekabr. REPORT.AZ/ Braziliyanın baş prokuroru Rakel Dodj ölkənin hazırkı prezidenti Mişel Temerə qarşı korrupsiya və çirkli pulların yuyulması ittihamlarını irəli sürüb.

Bu barədə "Report" G1-ə istinadən xəbər verir.

Bildirilir ki, ittihamlar ölkə limanları idarəsi ilə bağlı korrupsiya sxemlərinin istintaqı çərçivəsində irəli sürülüb.

Prokurorluq hesab edir ki, Temer 2017-ci ildə rüşvət müqabilində iki limanın müqavilələrinin 70 il müddətinə uzadılmasına icazə verən fərman imzalayıb. Prezident Administrasiyasından isə bildiriblər ki, dövlət başçısı öz günahsızlığını sübut edə bilər.

Temerə qarşı proses yalnız ittihamlar Braziliya parlament tərəfindən təqdir edildikdə başlaya bilər. Lakin KİV hesab edir ki, bu, artıq gələn ilin yanvarında – Temerin səlahiyyət müddəti başa çatanda olacaq.

Qeyd edək ki, bu, Braziliya prezidentinə qarşı ilk korrupsiya ittihamı deyil. Ötən ilin iyununda da Braziliyanın o zamankı baş prokuroru Rodriqo Janot ölkə prezidenti Mişel Tenerə qarşı rəsmən korrupsiya ittihamı irəli sürüb.

Son xəbərlər

Orphus sistemi