İtmiş "San Xuan" sualtı qayığında 44 nəfərin olduğu müəyyən edilib

İtmiş "San Xuan" sualtı qayığında 44 nəfərin olduğu müəyyən edilib Bundan əvvəl onların sayı 37 hesab edilirdi
Digər ölkələr
26 Noyabr , 2017 14:30
İtmiş San Xuan sualtı qayığında 44 nəfərin olduğu müəyyən edilib

Bakı. 26 noyabr. REPORT.AZ/ Argentinanın "San-Xuan" sualtı qayığının göyərtəsində 37 əvəzinə 44 nəfər olub.

“Report” xəbər verir ki, bunu gəmi zabitlərindən birinin kiçik qardaşı deyib.

Onun sözlərinə görə, əlavə 7 nəfər gəminin heyət üzvlərinə daxil olmayıb. Onların arasında Argentina Hərbi Dənzi Qüvvələrinin "Buzos Tacticos" taktiki dalğıc qrupunun üzvləri və donanma kəşfiyyatının əməkdaşı olub.

Dənizçinin qardaşı bu məlumatı kəşfiyyatçının həyat yoldaşından alıb.

Son xəbərlər

Orphus sistemi