İtkin düşmüş səudiyyəli jurnalistin nişanlısı Ağ evə dəvət olunub

İtkin düşmüş səudiyyəli jurnalistin nişanlısı Ağ evə dəvət olunub Bakı. 14 oktyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp itkin düşmüş səudiyyəli jurnalist Camal Qaşıqçının nişanlısı ilə görüşəcəyini bildirib.
Digər ölkələr
14 Oktyabr , 2018 14:20
İtkin düşmüş səudiyyəli jurnalistin nişanlısı Ağ evə dəvət olunub

Bakı. 14 oktyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp itkin düşmüş səudiyyəli jurnalist Camal Qaşıqçının nişanlısı ilə görüşəcəyini bildirib.

“Report” xəbər verir ki, bunu o, Türkiyə tərəfindən azadlığa buraxılan keşiş Endryu Branson ilə Ağ evdə görüşü zamanı deyib.

"Biz onun nişanlısını Oval kabinetə dəvət etmişik", - deyə prezident vurğulayıb.

O həmçinin etiraf edib ki, Səudiyyə Ərəbistanından olan jurnalistin axtarışlarının müsbət nəticələnəcəyinə ümid bəsləmir.

"[Sonu ] yaxşı görünmür", — deyə Tramp bildirib.

Qeyd edək ki, oktyabrın 12-də Türkiyə məhkəməsi tərəfindən azadlığa buraxılan amerikalı keşiş Endryu Branson şənbə günü Ağ evdə ABŞ prezidenti Donald Trampla görüşüb.

Son xəbərlər

Orphus sistemi