İtaliyanın Cuzeppe Konte başçılığı ilə Beş Ulduz Hərəkatı ilə Demokrat Partiyasının iştirak etdiyi yeni koalisiya hökuməti bu gün Prezident Sergio Matarellanın iştirak etdiyi mərasimdə respublikaya sədaqət andı içib.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, and içdiyi andan mötəbər sayılan hökumətin bu gün keçiriləcək ilk iclasında italiyalı Avropa komissarı vəzifəsinə sabiq baş nazir Paolo Centiloninin təyin olunacağı gözlənilir.
Qeyd edək ki, 22 nəfərlik yeni Nazirlər Şurasında 7 qadın var. Parlamentdə çoxluğa malik olan və hökumətdə 11 yer qazanan Beş Ulduz Hərəkatının rəhbəri 33 yaşlı Luici di Maio xarici işlər naziri vəzifəsini tutub.
Bütövlükdə, rerspublika tarixinin ən gənc hökuməti sayılan yeni Nazirlər Şurası üzvlərinin orta yaş həddi 47-dir.