İtaliyanın XİN başçısı: Gələcək həftə Liviya üçün həlledicidir

İtaliyanın XİN başçısı: Gələcək həftə Liviya üçün həlledicidir "Əsas məsələ yeni hökümətin formalaşmasına dair razılaşmaya tərəflərin sadiq qalmasıdır"
Digər ölkələr
13 Sentyabr , 2015 22:02
İtaliyanın XİN başçısı: Gələcək həftə Liviya üçün həlledicidir

Bakı. 13 sentyabr. REPORT.AZ/ Liviyada davam edən siyasi böhranın həllinə dair danışıqlar həlledici mərhələyə qədəm qoyum. Hesab edirəm ki, gələcək həftə yekun razılaşmanın əldə olunması baxımından həlledici ola bilər. "Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu münaqişə tərəfləri arasında vasitəçilik edən İtaliyanın Xarici İşlər Naziri Paolo Centiloni deyib.

Onun sözlərinə görə, əsas məsələ yeni hökümətin formalaşmasına dair razılaşmaya tərəflərin sadiq qalmasıdır. "Buna nail olsaq Liviya tarixindəki qanlı səhifəni geridə qoyaraq sabitliyi əldə edərik və demokratiyaya yönələrik", - deyə Centiloni əlavə edib.

Son xəbərlər

Orphus sistemi