İtaliyanın sahil xidməti 1000 miqrantı xilas edib

İtaliyanın sahil xidməti 1000 miqrantı xilas edib Xilasetmə əməliyyatında "Sərhədsiz həkimlər" beynəlxalq təşkilatı da iştirak edib
Digər ölkələr
22 Oktyabr , 2016 22:20
İtaliyanın sahil xidməti 1000 miqrantı xilas edib

Bakı. 22 oktyabr. REPORT.AZ/ İtaliyanın sahil xidməti 1000 miqrantın xilas edildiyini bildirib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, Aralıq dənizində Afrikadan gələn minlərlə insan xilas edilib. 

Sahil xidmətinin yaydığı məlumatda bildirilir ki, Afrikadan Avropaya getmək istəyən 1000-ə yaxın miqrant şənbə günü xilas edilib. Bununla yanaşı, batmış 10 rezin qayıqda 10 nəfər itkin düşüb. Sonradan onlardan 9-nun meyiti tapılıb.

Xilasetmə əməliyyatında "Sərhədsiz həkimlər" beynəlxalq təşkilatı da iştirak edib. Təşkilat 120 nəfərin həyatını xilas etdiyini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi