Bakı. 11 iyul. REPORT.AZ/ Bu gün səhər İtaliyanın Qahirədəki konsulluğunun binası qarşısında baş verən, partlayış nəticəsində azı bir nəfər ölüb.
"Report" xəbər verir ki, bu haqda "CNN" məlumat yayıb.
Xəbərə görə, partlayışda 4 nəfər yaralanıb.
Baş verən hadisənin məsuliyyətini hələ ki, üzərinə götürən yoxdur.
*** 11:53
İtaliyanın Qahirədəki konsulluğunun binası qarşısında baş verən partlayış nəticəsində 5 nəfər xəsarət alıb.
"Report" xəbər verir ki, bu haqda "TASS" məlumat yayıb.
Partlayıcı qurğu diplomatik missiyanın binası yaxınlığında yerləşən avtomobilə quraşdırılıbmış. Həmin qurğunun partlaması nəticəsində konsulluqda növbə çəkən 2 polis və yoldan keçən 3 nəfər xəsarət alıb, binanın fasadı uçub.