İtaliyanın Milli Olimpiya Komitəsi yarışları dayandırdı

İtaliyanın Milli Olimpiya Komitəsi yarışları dayandırdı İtaliyanın Milli Olimpiya Komitəsi ölkə ərazisində bütün idman yarışlarının dayandırılması barədə qərar qəbul edib.
Digər ölkələr
10 Mart , 2020 00:43
İtaliyanın Milli Olimpiya Komitəsi yarışları dayandırdı

İtaliyanın Milli Olimpiya Komitəsi ölkə ərazisində bütün idman yarışlarının dayandırılması barədə qərar qəbul edib.

“Report” xəbər verir ki, bu barədə komitənin saytında məlumat yayılıb.

Məlumata görə, yarışlar aprelin 3-ə qədər dayandırılıb. Buna səbəb ölkədəki koronavirus epidemiyasıdır.

Qeyd edilir ki, İtaliyanın olimpiya komitəsi beynəlxalq yarışlara təsir edə bilmir, buna görə də ölkənin avrokuboklardakı klublarının ev matçları qrafik üzrə keçiriləcək, amma qarşılaşmalar azarkeşsiz təşkil olunacaq.

Qeyd edək ki, COVID-19 ilk dəfə ötən ilin sonunda Çində qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi