İtaliyanın məşhur Piza qülləsində turist ölüb

İtaliyanın məşhur Piza qülləsində turist ölüb Hadisə yerinə gələn həkimlər kişinin həyatını xilas edə bilməyiblər
Digər ölkələr
11 Aprel , 2018 05:57
İtaliyanın məşhur Piza qülləsində turist ölüb

Bakı. 11 aprel. REPORT.AZ/ Yaponiyalı turist İtaliyada Piza qülləsinə çıxan zamanı dünyasını dəyişib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, 63 yaşlı kişi turistlərdən ibarət qrupun tərkibində qüllənin yuxarısına çıxırmış.

Lakin artıq 4-cü mərtəbədə o özünü pis hiss edib. Hadisə yerinə gələn həkimlər kişinin həyatını xilas edə bilməyiblər.

Turistin ölümünün baş vermə şəraiti və səbəbləri dəqiqləşdirilir.

Son xəbərlər

Orphus sistemi