Yuxarı

​İtaliyanın məşhur geyim firması təbii xəzdən imtina edib

Armanidə bu ilin payız-qış kolleksiyasından başlayaraq təbii xəz olmayacaq

Bakı. 22 mart. REPORT.AZ/ İtaliyalı modelyer Corco Armani sahibi olduğu şirkətin heç bir məhsulunda təbii xəzdən istifadə etməyəcək.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, dizaynerin bəyanatına görə, yeni texnologiyalar heyvanlara qarşı "sərt təcrübə"dən imtina etmək imkanı verir.

"Armani"də təbii xəz 2016-cı ilin payız-qış kolleksiyasından etibarən olmayacaq.

Dizaynerin bu qərarı Heyvanların Beynəlxalq Mühafizəsi Cəmiyyəti tərəfindən dəstəklənib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi