Yuxarı
    Bağlamaq

    İtaliyanın keçmiş XİN başçısı çirkli pulların yuyulması prosesində iştirak etməkdə şübhəli bilinir

    Ölkənin maliyyə qvardiyası C.Fini ilə vətəndaş nikahında olan xanımından və iki ailə üzvündən 5 milyon avro dəyərində olan aktiv müsadirə edib

    Bakı. 14 fevral. REPORT.AZ/ İtaliyanın keçmiş xarici işlər naziri Canfranko Fininin adı çirkli pulların yuyulması prosesində hallanır.

    "Report" İtaliya KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

    KİV-in məlumatına görə, ölkənin maliyyə qvardiyası C.Fini ilə vətəndaş nikahında olan xanımından və iki ailə üzvündən toplamda 5 milyon avro dəyərində olan aktiv müsadirə edib. Onlar çirkli pulların yuyulması və qeyri-qanuni mənfəət əldə etmək üzrə İtaliya Cinayət Məcəlləsinin üç maddəsini pozmaqda ittiham olunurlar. İddia edilən cinayətlər 2008-ci ildən bəri törədilib.

    Qeyd edək ki, C.Fini 2004-2006-cı illərdə Silvio Berluskoni hökumətində İtaliyanın XİN başçısı olub. O, 2008-ci ildən 2013-cü ilə qədər parlamentin aşağı palatasının - Deputatlar Palatasının sədri vəzifəsində çalışıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi