İtaliyada yanacaqdoldurma məntəqəsində partlayış olub, ölən və yaralananlar var - YENİLƏNİB

İtaliyada yanacaqdoldurma məntəqəsində partlayış olub, ölən və yaralananlar var - YENİLƏNİB Bakı. 5 dekabr. REPORT.AZ/ İtaliyanın Rieti şəhəri yaxınlığındakı yanacaqdoldurma məntəqəsində baş verən partlayış və yanğın nəticəsində iki nəfər ölüb.
Digər ölkələr
670
5 Dekabr , 2018 20:31
İtaliyada yanacaqdoldurma məntəqəsində partlayış olub, ölən və yaralananlar var - YENİLƏNİB

Bakı. 5 dekabr. REPORT.AZ/ İtaliyanın Rieti şəhəri yaxınlığındakı yanacaqdoldurma məntəqəsində baş verən partlayış və yanğın nəticəsində iki nəfər ölüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rieti şəhər Polis idarəsindən məlumat verilib.


*** 19:33

İtaliyada yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə Latsio regionunun Rieti şəhəri yaxınlığında qeydə alınıb. 

Məlumata görə, yanacaq daşıyan avtomobil partlayıb, daha sonra yanğın çıxıb. Nəticədə azı 15 nəfər xəsarət alıb. Onlardan 7-si yanğınsöndürəndir. 

Yanğının qarşısını almaq üçün tədbirlər görülür.

Son xəbərlər

Orphus sistemi