​İtaliyada təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb

​İtaliyada təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb Pilotlar təyyarəni yaşayış evlərindən uzaqlaşdırıblar
Digər ölkələr
30 Oktyabr , 2015 23:01
​İtaliyada təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb

Bakı. 30 oktyabr. REPORT.AZ/ İtaliyanın qərbində yerləşən Verçelli vilayətində "Agusta Westland Aw 609" tipli eksperimental təyyarə qəzaya uğrayıb, iki pilot ölüb.

"Report" "Repubblica" qəzetinə istinadən xəbər verir ki, hadisə şahidləri təyyarənin son bir neçə gündə ərazidə təlim uçuşları etdiyini bildiriblər.

Bu gün səhər yerli sakinlər hava gəmisinin alova bürünmüş halda gurultu ilə aşağı düşdüyünün şahidi olublar. Onların sözlərinə görə, pilotlar yerə düşməkdə olan təyyarəni yaşayış evlərindən uzaqlaşdırıblar. O, qarğıdalı sahəsinə düşüb.

Pilotlar Pyetro Venantsi və Qerbert Moran həlak olublar. Verçelli vilayət prokurorluğu aviaqəza faktı üzrə cinayət işi qaldırıb.

Bu tip təyyarələr hərbi məqsədlər, məsələn, desant çıxarma üçün istifadə olunur.

Son xəbərlər

Orphus sistemi