İtaliyanın şimalında Liquriya bölgəsinin Savona əyalətində kiçik təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.
“Report” yerli TV-yə istinadən xəbər verir ki, qonşu Pyemontun Verçelli hava limanından ötən gün axşam havaya qalxaraq Villanova d’Albenqa şəhərinə istiqamət götürən təyyarə naməlum səbəbdən radarlardan itib.