İtaliyada şagirdləri daşıyan avtobus aşıb, 23 nəfər xəsarət alıb

İtaliyada şagirdləri daşıyan avtobus aşıb, 23 nəfər xəsarət alıb Avtobusda ümumilikdə 50 şagird olub
Digər ölkələr
8 Yanvar , 2018 21:34
İtaliyada şagirdləri daşıyan avtobus aşıb, 23 nəfər xəsarət alıb

Bakı. 8 yanvar. REPORT.AZ/ İtaliyanın Mantuya əyalətində məktəbli avtobusu aşıb.

“Report” xəbər verir ki, qəza nəticəsində 23 şagird xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Qəza zamanı avtobusda dərsdən evə qayıdan 50 şagird olub.

İlkin məlumata görə, avtobus sürücüsü nəqliyyat vasitəsini idarə edən zaman qəflətən özünü pis hiss edib.

Məktəblilərin ciddi xəsarət almadığı bildirilir.

Son xəbərlər

Orphus sistemi