Bakı. 26 yanvar. REPORT.AZ/ İtaliyanın mərkəzindəki Qran-Sasso dağ massivində yerləşən "Rigopiano" mehmanxanasının qar uçqunu altında qalması nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb.
"Report"un məlumatına görə, bu barədə "
Telekanalın məlumatına görə, xilasedicilər mehmanxanada daha 2 nəfərin cəsədini tapıblar. Bununla da cəsədlərin sayı 29-a çatıb.
Xəbərdə bildirilir ki, axtarış əməliyyatı başa çatdırılıb.
***02:42
İtaliyanın mərkəzindəki Qran-Sasso dağ massivində yerləşən "Rigopiano" mehmanxanasının qar uçqunu altında qalması nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə "ANSA" agentliyi məlumat yayıb.
Məlumata görə, xilasedicilər daha 2 nəfərin - 1 qadının və 1 kişinin meyitini aşkarlayaraq qarın altından çıxarıblar.
Hələlik cəsədlərin şəxsiyyəti müəyyənləşdirilməyib. Hazırda xilasetmə işləri davam edir.
Qeyd edək ki, son məlumatlarda "Rigopiano" mehmanxanasının qar uçqunu altında qalması nəticəsində ölənlərin sayı 25 nəfər olduğu bildirilirdi.
Xatırladaq ki, otel qar uçqunu altında yanvarın 18-də qalıb. Buna səbəb regionda baş vermiş bir neçə zəlzələ olub.