İtaliyada qar uçqunu altında qalmış mehmanxanada itkin düşənlərin sayı 24-ə çatıb

İtaliyada qar uçqunu altında qalmış mehmanxanada itkin düşənlərin sayı 24-ə çatıb On bir nəfər xilas edilib, beş nəfərin isə öldüyü açıqlanıb
Digər ölkələr
22 Yanvar , 2017 23:31
İtaliyada qar uçqunu altında qalmış mehmanxanada itkin düşənlərin sayı 24-ə çatıb

Bakı. 22 yanvar. REPORT.AZ/ İtaliyada qar uçqunu altında qalmış mehmanxanada itkin düşənlərin sayı 24-ə çatıb.

"Report" xəbər verir ki, ölkənin Mülki Müdafiə Xidmətinin rəhbəri Fabrisio Kurço "Rai3" telekanalına açıqlamasında ölkənin mərkəzi hissəsində qar uçqunu altına qalmış mehmanxanada sağ qalanların olmasına ümid etdiyini deyib.

"Belə ağır şəraitdə çalışanlar bunu ona görə edirlər ki, yenə sağ qalmış insanları tapsınlar. Çünki ümid həmişə var" – deyə o telekanalın efirində bildirib.

Hadisənin baş verdiyi Peskar vilayətinin dövlət orqanları daha bir nəfərin itkinlər siyahısında olduğunu açıqlayıblar. Bu, mehmanxanada işləmiş Seneqal əsilli şəxsdir.

Bu mənada itkin düşənlərin sayı 24-ə yüksəlib. Məlumata görə, 11 nəfər xilas edilib, 5 nəfərin isə öldüyü açıqlanıb.

Qeyd edək ki, qar uçqunu bir neçə gün əvvəl baş verib. Buna səbəb bölgədə zəlzələnin baş verməsi olub. Nəticədə mehmanxana qar altında qalıb.

Son xəbərlər

Orphus sistemi