İtaliyada pis hava şəraiti 29 nəfərin həyatına son qoyub

İtaliyada pis hava şəraiti 29 nəfərin həyatına son qoyub Bakı. 5 noyabr. REPORT.AZ/ İtaliyada pis hava şəraiti nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb.
Digər ölkələr
5 Noyabr , 2018 04:53
İtaliyada pis hava şəraiti 29 nəfərin həyatına son qoyub

Bakı. 5 noyabr. REPORT.AZ/ İtaliyada pis hava şəraiti nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, daha 1 nəfər itkin düşüb. Ötən gecə Siciliyada ölənlərin sayı 12 nəfərə çatıb. Ölənlərdən 10-u iki ailənin üzvləridir. Ölənlərdən daha ikisi cütlükdür. 

Daha əvvəl bildirilirdi ki, Palermo şəhərində (Siciliya vilayəti) güclü leysan yağışlarının yaratdığı daşqınlar nəticəsində 3-ü uşaq olmaqla, azı 10 nəfər həyatını itirib.

Son xəbərlər

Orphus sistemi