İtaliyada parlament seçkiləri keçiriləcək

İtaliyada parlament seçkiləri keçiriləcək Bakı. 4 mart. REPORT.AZ/ Bu gün İtaliya parlamentinin hər iki palatasına seçkilər keçiriləcək.
Digər ölkələr
4 Mart , 2018 03:28
İtaliyada parlament seçkiləri keçiriləcək

Bakı. 4 mart. REPORT.AZ/ Bu gün İtaliya parlamentinin hər iki palatasına seçkilər keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.

Məlumata görə, seçkilərin nəticələrinə əsasən ölkənin yeni hökuməti formalaşdırılacaq.

Ölkənin seçki komissiyası funksiyasını yerinə yetirən Daxili İşlər Nazirliyinin məlumatına görə, İtaliya ərazisində və ondan kənarda 61 mindən çox seçki məntəqəsi fəaliyyət göstərəcək.

Latsio və şimali Lombardiyanın sakinləri milli parlamentin deputatları ilə yanaşı, vilayət şuralarını və regional prezidentləri də seçəcəklər.

Ölkənin yaşı 18-ə çatmış 46,6 milyon vətəndaşı aşağı palatanın deputatlarını seçmək hüququ var. Yaşı 25-dən yuxarı olan 42,8 milyon vətəndaş isə senatorları seçmək hüququna malikdir. 

Son xəbərlər

Orphus sistemi