İtaliyada məhkum poçt işçilərini girov götürüb

İtaliyada məhkum poçt işçilərini girov götürüb Bakı. 5 noyabr. REPORT.AZ/ İtaliyanın Reggio Emilia şəhərində Françesko Amato adlı bir nəfər poçt şöbəsinin dörd əməkdaşını girov götürüb.
Digər ölkələr
5 Noyabr , 2018 16:29
İtaliyada məhkum poçt işçilərini girov götürüb

Bakı. 5 noyabr. REPORT.AZ/ İtaliyanın Reggio Emilia şəhərində Françesko Amato adlı bir nəfər poçt şöbəsinin dörd əməkdaşını girov götürüb.

“Report” TASS-a istinadən xəbər verir ki, o, girovların azad edilməsi üçün ölkənin daxili işlər naziri Matteo Salvini ilə görüşmək tələbini irəli sürüb.

Hadisə yerinə xüsusi təyinatlı polis əməkdaşları cəlb edilib, F.Amato ilə danışıqlar aparılır.

Bildirilir ki, Kalabriya mafiyası ilə əlbir olmaqda təqsirləndirilən bir qrup şəxslə birlikdə məhkəmə qarşısına çıxarılan F.Amatoya 19 il həbs cəzası verilib və o, bundan sonra poçt şöbəsinə gələrək əməkdaşları girov götürüb.

Son xəbərlər

Orphus sistemi